- Baxış sayı: 69
- 30 Oktyabr 2026 22:11
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

İki çəki dərəcəsində UFC çempionu olmuş irlandiyalı Konor Makqreqor növbəti döyüşündən sonra peşəkar idman karyerasını başa vurmağı planlaşdırır.
Allsport.az xəbər verir ki, bu barədə idmançı sosial media hesabında paylaşım edib:
“Gələn dəfə döyüşümü həqiqətən yaxşı tanıtmağa çalışacağam. Bu, mənim son döyüşüm olacaq. Görək, hansı göstəricilərə nail ola biləcəyəm. Öz rekordlarımı yeniləməyə davam edəcəyəm”.
O, qarşılaşmasının auditoriya baxımından meksikalı boksçu Saul Alvaresin şənbə günü fransalı Kristian Mbilli üzərində qazandığı qələbədən daha maraqlı olacağını iddia edib. Həmin döyüşdə Alvares hakimlərin qərarı ilə qalib gələrək dünya boks şurasının (VBC) dünya çempionu titulunu qazanıb.
Makqreqor bildirib ki, onun döyüşləri daha çox tamaşaçı cəlb edir və əvvəlki qarşılaşmalarından biri futbol üzrə dünya çempionatının yarımfinalı ilə eyni vaxta təsadüf etsə də, yüksək izlənmə sayı toplayıb.
38 yaşlı Makqreqorun qarışıq döyüş növlərində (MMA) 22 qələbəsi və 7 məğlubiyyəti var.
İrlandiyalı döyüşçü 2024-cü ilin iyununda amerikalı Maykl Çendlerlə qarşılaşmalı idi. Lakin hazırlıq zamanı ayaq barmağını sındırdığı üçün döyüş ləğv edilib. Onun sonuncu döyüşü isə 2021-ci ilin iyulunda amerikalı Dastin Porye ilə olub. Həmin qarşılaşmada Makqreqor ayağını sındırıb.