Millimizin üzvü mübarizəyə qoşulacaq

Millimizin üzvü mübarizəyə qoşulacaq

Noyabrın 2-də Azərbaycanın üzgüçülük üzrə milli komandasının üzvü Məryəm Cavadova Dəkərdə keçirilən yeniyetmələrin IV yay olimpiya oyunlarında mübarizəyə başlayacaq.

Allsport.az xəbər verir ki, təmsilçimiz 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında qüvvəsini sınayacaq. Yarışlara Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.

Azərbaycan komandası Dəkər-2026-da 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur. Dəkər, Diamniadio və Salidə təşkil olunan Oyunlara noyabrın 13-də yekun vurulacaq.

Həmin kateqoriyadan