- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

FIFA referisi Əliyar Ağayev Avropa liqasının oyununa təyinat alıb. Allsport.az xəbər verir ki, Ağayev 3-cü təsnifat mərhələsində keçiriləcək “Styaua” (Rumıniya) – “Slovan” (Çex Respublikası) matçını idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
“Styaua” – “Slovan” matçı sentyabrın 24-də keçiriləcək.