Əliyar Ağayev Avroliqadakı ilk oyununda penalti təyin etdi

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev ölkə futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən oyun idarə edib. Allsport.az xəbər verir ki, o, Avstriyada yerli “Rapid”lə Mins “Dinamo”su (Belarus) arasındakı oyunda ədaləti qoruyub.

E qrupu çərçivəsində baş tutan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ağayev bu görüşün 21-ci dəqiqəsində qonaqların qapısına penalti təyin edib. Amma topa yaxınlaşan Hofmann bu şansdan yararlana bilməyib. Qapıçı zərbəni dəf edə bilib. Amma sonradan meydan sahibləri hər hissədə bir qol vurmaqla qələbəni təmin edə biliblər. Qonaqların gücü isə təsəlli qoluna çatıb. Əliyar bu görüşdə meydan sahiblərinin bir futbolçusuna sarı vərəqə də göstərib.

Qeyd edək ki, Ağayevə bu görüşdə yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov kömək edib. Qapı arxasında Rəhim Həsənovla Orxan Məmmədov “işləyib”. Dördüncü hakim funksiyasını isə Mübariz Həşimov yerinə yetirib.

Həmin kateqoriyadan