Əliyar Ağayev “İlin parlayan ulduz hakimi” nominasiyasında qalib olub

Avropada beynəlxalq dərəcəli futbol hakimlərinin işinin təhlili ilə məşğul olan “The3rdTeam” portalı 2016-cı ilin ən yaxşı hakimlərini seçib. Allsport.az saytı xəbər verir ki, bu ilin ən yaxşı referisi Çempionlar Liqası və AÇ-2016-nın final görüşlərini idarə edən ingiltərəli Mark Klattenburq olub.

Siyahıda 2-ci pilləni polşalı Şimon Marçinyak, üçüncünü isə sloveniyalı Damir Skomina tutub. İlin ən yaxşı 10 hakimi sırasında Türkiyə Futbol Federasiyasından Cüneyd Çağır da yer alıb.

Azərbaycanlı referi Əliyar Ağayev isə ilin “parlayan ulduz” nominasiyasında qalib olub. 29 yaşlı həmyerlimiz bu il UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarını, həmçinin 19 yaşlı futbolçular arasında təşkil olunan Avropa çempionatının final matçını idarə edib.

Həmin kateqoriyadan