Əliyar Ağayev konfrans liqasında

FİFA referimiz UEFA-dan təyinat alıb.  Allsport.az saytı xəbər verir ki, o, konfrans liqasının 3-cü təsnifatında “Styaua” (Rumıniya) – “Dunayska Streda” (Slovakiya) arasında cavab oyununu idarə edəcək.

Əliyar Ağayevə yan xətlərdə Zeynal ZeynalovAkif Əmirəli köməklik göstərəcək. 4-cü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Matç avqustun 11-də keçiriləcək. İlk görüşdə “Styaua” 1:0 hesabı ilə qalib gəlib.

Həmin kateqoriyadan