- Baxış sayı: 91
- 29 May 2026 23:47
- Baxış sayı: 114
- May 26, 2026
- 0
FIFA referisi Əliyar Ağayev Avropa liqasının 3-cü təsnifat mərhələsinin “Styaua” (Rumıniya) – “Slovan” (Çex Respublikası, Liberets) oyununu idarə edib. Allsport.az xəbər verir ki, qarşılaşma Liberets klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Ağayev oyunun 20-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Stefan Kananı birbaşa qırmızı vərəqə ilə meydandan qovub. O, “Styaua”dan 2, “Slovan”dan 3 futbolçuya sarı vərəqə göstərib.
Əliyar Ağayevə bu qarşılaşmada Zeynal Zeynalov və Akif Əmirəli köməklik edib. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.