- Baxış sayı: 132
- 08 May 2026 23:17
- Baxış sayı: 169
- May 08, 2026
- 0
Lənkəran sakini futbol oynayarkən ölüb. Allsport.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə dekabrın 22-də Kosalar kəndində baş verib. Kənd sakini Canbaxış Əliyev şəhər ərazisində yerləşən idman kompleksində futbol oynayarkən qəfil halı pisləşib. Həkim çağırılana qədər Əliyev dünyasını dəyişib.
Araşdırmalar zamanı onun infartkdan öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır.