Mahir Əmrəli: “Hər bir hücumçu bunu etməlidir”

“Heç birimiz “Lester”dən qorxmurduq. Təbii ki, onlara hörmətlə yanaşırdıq. “Lester” əla komandadır, amma bu gün futbolda hər şey mümkündür. Hamımız eyni şeyi düşünürdük. Bunun üçün dörd il mübarizə apardıq və nəhayət buradayıq. Topdan zövq aldığım zaman hər şey yaxşı gedir”.

Allsport.az xəbər verir ki, bu sözləri “Legiya”da çıxış edən millimizin üzvü Mahir Əmrəli Avropa liqasının qrup mərhələsinin 2-ci turunda “Lester”ə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.

Komandasının qələbə qolunun müəllifi olan 24 yaşl hücumçu qalibiyyətə görə sevindiyini söyləyib: “”Hələ matçdan əvvəl demişdim ki, bu oyundan tək azarkeşlər yox, futbolçular da zövq almalıdır. Bu, cəmi 90 dəqiqəlik şou idi. Komanda yaxşı oynadı və sona qədər mübarizə apardıq. Üç xal qazandıq. Hər kəsi təbrik edirəm”

M.Əmrəli qolu necə vurması haqda da danışıb: “Sadəcə çərçivəni gördüm və topa zərbə vurdum. Hər bir hücumçu bunu etməlidir. İnanın, bu gün qolu kimin vurmasının heç bir əhəmiyyəti yoxdur. Təbii ki, bir hücumçu olaraq onu qol vurduğum üçün xoşbəxtəm, amma ən əsası üç xalımız var. Yalnız mən yox, bu gün hamımız xoşbəxtik”. 

O, qrup mərhələsi başlamazdan əvvəl iki oyundan sonra altı xal qazanacaqlarına inanların az olub-olmadığı ilə bağlı sualı isə belə cavablandırıb: “İndi inanacaqlar ki, futbolda hər şey mümkündür”.

Həmin kateqoriyadan