Millimizin hücumçusu “Qalatasaray”ın üzvü ilə müqayisə olundu

UEFA, Avropa liqasının rəsmi İnstaqram səhifəsi maraqlı sorğu keçirib.

Allsport.az xəbər verir ki, turnirin sosial şəbəkə hesabında Azərbaycan millisinin və Polşa “Legiya”sının hücumçusu Mahir Əmrəli ilə Türkiyə yığmasının və “Qalatasaray”ın yarımmüdafiəçisi Kərəm Ağtürkoğlunun fotosu paylaşılıb.

Paylaşımın üzərində isə “Mahir Əmrəli, yoxsa Kərəm Ağtürkoğlu?” sözləri yazılıb.

Əmrəli cari mövsüm Avropa liqasının qrup mərhələsində 2 qol vurub.

Həmin kateqoriyadan