Əmrah Çəlikəl geri çəkildi: Nurlan İbrahimov «Qarabağ»da qaldı

Rəsmi media daim həmkarımızın «Non qrata» siyahısına daxil olub

Bu günlərdə ölkə mediasında yayılan bir xəbər geniş müzakirəyə səbəb oldu. Allsport.az saytı xəbər verir ki, əksəriyyət «Qarabağ» klubunun mətbuat katibi Nurlan İbrahimovun hansı səbəbdən işdən azad olunmasından danışırdı. Facebook-da həmkarımızın bir aparıcı saytın şikayəti əsasında vəzifəsindən uzaqlaşdırılması qeyd olunurdu.

Müzakirələrin qızğın vaxtında, komanda rəhbərliyi bu xəbəri təsdiq etmədi. Bu üzdən məsələni araşdırmağa qərar verdik. Əldə etdiyimiz bilgiyə görə, Nurlan İbrahimovun tənqidçi Azərbaycan dilli KİV-lə əməkdaşlığı, onlara müxtəlif istiqamətdə dəstək verməsi, yekunda işinə yarayıb.

Həmin media orqanlarının onun arxasında dayanması, öz mətbu orqanlarında və sosial şəbəkələrdə tərəf göstərməsi sayəsində, «Qarabağ» klubunun direktoru Əmrah Çəlikəl geri çəkilərək onu komandada saxlayıb. Amma deyilənə görə, o, artıq mətbuat xidmətində çalışmayacaq. Çunki buna baş məşqçi Qurban Qurbanov qarşıdır. Həmkarımızın bazada görünməməsi ilə bağlı futbol ictimaiyyətində söz-söhbət dolaşır.

Bu məsələ bağlı dövlətə mənsub KİV heç bir yerdə mövqe bildirməyib. Çünki rəsmi media və saytlar Nurlan İbrahimovun «Non qrata» (arzuolunmaz) siyahısına daxil olub.

Həmin kateqoriyadan