“Əsas məsələ “Qarabağ” və “Makkabi” ilə ev oyunlarımızdır”

“Sivasspor” qitə liqasının “İ” qrupunda ilk turda İspaniyada “Vilyarreal”la qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, Türkiyə klubunun baş məşqçisi Rza Çalımbəy əsas rəqiblərinin “Qarabağ” və “Makkabi” olduğunu söyləyib:

“Vilyarreal” güclü komandadır. Hər şeydən xəbərdarıq. Həm özümüz, həm də Türkiyə üçün önəmli matçlar oynayacağıq. Zədəli futbolçular var və bu səbəbdən, matça 17-18 oyunçudan ibarət heyətlə çıxacağıq.

Qrupda ilk matç çox önəmlidir. Amma əsas məsələ “Qarabağ” və “Makkabi” ilə ev oyunlarımızdır. O qarşılaşmaları çox yaxşı başa vurmalıyıq. İspaniyadan yaxşı nəticə ilə qayıda bilsək, əlavə üstünlük əldə edəcəyik”.

Həmin kateqoriyadan