“Əsl azərbaycanlı kimi qərar vermək istədim”

“Qarabağ” konfrans liqasının 1/16 finalının cavab oyununda evdə “Marsel”ə 0:2 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov bunu söylədi:

“Dünən söyləmişdim: riskə gedəcəyik. Bu üzdən daha hücumameyilli, daha aqresiv oyun göstərməliydik. Xeyli qol fürsətimiz oldu. Amma bizdən fərqli, rəqib düşən imkanları dəyərləndirə bildi.

Bizim mübahisəli qola gəlincə, bu, çox müzakirə olunacaq. Əsl azərbaycanlı kimi qərar vermək istədim. İbrahim Vədcidən soruşdum ki, top əlinə dəydi, yoxsa özün bilərəkdən əllə oynadın. O da olanı dedi. Belədə, qərara gəldik ki, ədalətli qərar verək”.

Həmin kateqoriyadan