“Ətrafımda divar tiksəniz də, arasından keçib gedəcəyəm”

Polşanın “Legiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Əmrəli İngiltərədə “Lester”ə qarşı keçirəcəkləri UEFA Avropa liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl paylaşım edib.

Allsport.az xəbər verir ki, 24 yaşlı hücumçu görüşün oynanılacağı “Kinq pauer” stadionundan məşq fotolarını yayıb.

Son oyunlarda tənqid hədəfinə çevrilən oyunçu “If you plan to build walls around me, know this: I will walk through them” (“Ətrafımda divarlar tikməyi planlaşdırırsınızsa, bilin ki, mən bunların arasından keçib gedəcəyəm”) yazıb.

Bu gün keçiriləcək “Lester” – “Legiya” matçı saat 00:00-da start götürəcək.

Həmin kateqoriyadan