“100 yaşlı Tovuz futbolu” kitabı təqdim olunub

“100 yaşlı Tovuz futbolu” kitabının təqdimat olub. Allsport.az saytı xəbər verir ki, tədbir rayonr stadionunda baş tutub. Uzun illər şəhərin “Turan”, “Turan-T” və “Turan-Tovuz” klublarında müxtəlif vəzifələrdə çalışmış Rasim Əliyevin qələmə aldığı kitabın təqdimat mərasimində ölkə futbol ictimaiyyətinin nümayəndələri, veteran futbolçular və jurnalistlər iştirak edib.

“Turan”ın təsisçisi və ilk prezidenti Vidadi Əhmədov, sabiq icraçı direktoru Yaşar Sultanov, “Tovuz” xeyriyyə cəmiyyətinin sədr müavini Çingiz Abbasov da tədbirə qatılanlar sırasında olub.

“Turan Tovuz” klubunun dəstəyi və şəhərin idman fəallarından Fikrət Məmmədovun təşkilatçılığı ilə baş tutan tədbirdən öncə AFFA-nın sabiq prezidenti Ramiz Mirzəyev və 1946-cı ilin Düyərli faciəsində vəfat edənlərin xatirəsi yad olunub. Mərasimdə çıxış edənlər ensiklopedik kitabın əhəmiyyətindən, Tovuz futbolunun ənənələri və “Turan”ın uğurlarından danışıb, rayonda yetişən istedadlar barədə fikirlərini bildiriblər.

Həmin kateqoriyadan