126 gün gözlənilən qələbə

“Sumqayıt” ilin ilk qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 23-cü turunda “Keşlə”ni qəbul edən Ayxan Abbasovun komandası qələbəsizlik seriyasına son qoyub.

2:1 hesabı ilə qalib gələn meydan sahibləri 9 uğursuz matçdan sonra üç xala seviniblər. “Kimyaçılar” sonuncu dəfə ötən il dekabrın 1-də qalib gəlmişdi.

13-cü turun “Səbail”lə ev görüşündə 1:0 hesablı qələbəyə sevinən komanda növbəti qalibiyyəti 126 gün gözləyib.

Həmin kateqoriyadan