“Narahat olası bir şey yoxdur”

Sabah “Qarabağ” konfrans liqasının 1/16 finalında Belçikanın “Gent” klubunu qonaq edəcək. Allsport.az saytı xəbər verir ki, bu gün Tofiq Bəhramov adına respublika stadionunda keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov bunu dedi:

“Cavab oyununda ehtiyatlı olmaq üçün evdə yaxşı nəticə qazanmalıyıq. Narahat olası bir şey yoxdur, sadəcə, komanda tam hazır deyil. Qarşıda daha yaxşı “Qarabağ” gözləyirəm.

Yəni oyunçuların uyğunlaşmasında çətinlik yoxdur. Zamanla özlərini daha sərbəst hiss edirlər. Onların yüksək hazırlıq səviyyəsinə çatmasına vaxt lazımdır”.

Həmin kateqoriyadan