19 yaşlılarımız yoxlama oyunu keçirəcək

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirəcək.

Allsport.az xəbər verir ki, milli hazırlıq çərçivəsində Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Qəbələdə keçiriləcək oyun saat 17:00-da başlayacaq.

Bu komandalar arasında oktyabrın 8-də keçirilmiş ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.

Yoxlama oyunu

17:00 Azərbaycan U-17 – Qırğızıstan U-17

Həmin kateqoriyadan