“2-ci hissədə rəqibin daha çox üzərimizə gələcəyini gözləyirdik”

Dünya çempionatının seçmə “A” qrupunda Lüksemburq evdə “ay-ulduzlular”ımıza 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Lük Holtz bunu söyləyib:

“İlk hissədə oyuna daha çox nəzarət edən tərəf biz idik. Əlbəttə, bunda erkən qol vurmağımızın da səbəbi vardı. Komandamın oyununda razı qaldım. İkinci hissədə rəqibin daha çox üzərimizə gələcəyini gözləyirdik.

Elə də oldu. Cərimə zərbəsindən baxımlı qol vuraraq hesab arasındakı fərqi azaltdı. Xüsusən, oyunun sonları bizim üçün asan keçmədi. 3 oyundan 6 xal toplamışıq. Təbii ki, bu nəticə məni olduqca qane edir”.

Həmin kateqoriyadan