“2-ci hissədə yaxşı oynadıq”

Allsport.az saytı xəbər verir ki, Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro dünya çempionatında siftə oyununda Kolumbiyaya 1:3 hesablı məğlubiyyətlə bağlı fikrini bildirib:

“Oyun maraqlı keçdi. İkinci hissədə vəziyyəti dəyişə bildik və nəzarəti ələ almağa çalışdıq. İlk növbədə, bura Özbəkistanı müsbət tərəfdən göstərmək üçün gəlmişik. Komandama həmişə deyirəm ki, matç zamanı proaktiv olmalıyıq.

Kolumbiya kimi komandalara qarşı, xüsusən də topsuz oynamaq çətindir. Ümumilikdə, ikinci hissədə yaxşı oynadıq, amma təəssüf ki, qollar buraxdıq.

Bu matçı xatırlayacağıq. Bu, tarixi bir oyundur. Oyun yaxşı keçdi. Bəzi səhvlər oldu və biz onların üzərində işləyəcəyik”.

Həmin kateqoriyadan