- Baxış sayı: 25
- 01 Aprel 2023 21:39
- Baxış sayı: 111
- Aprel 01, 2023
- 0
“Qarabağ” – “Qalatasaray” oyununa bilet satışı davam edir. Allsport.az saytı xəbər verir ki, xeyriyyə məqsədi ilə qardaşlıq görüşünün biletləri saat 11:00-da satışa çıxarılıb. 2 saat ərzində 25 min bilet satılıb.
Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.
Satış məntəqələri:
– Tofiq Bəhramov adına respublika stadionunun kassaları;
– “İticket.az”ın satış məntəqələri;
– “Park bulvar”da yerləşən “Qarabağ”ın azarkeş mağazası
Qardaşlıq oyunundan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.