YENİLƏNİB
2014-cü ilin son oyununda 7 qol

Bu gün Topaz Premyer Liqasında 18-ci tura və 2-ci dövrəyə yekun vurulub. Allsport.az xəbər verir ki, günün yeganə matçı Zaqatalada baş tutub.

“Simurq” doğma azarkeşləri qarşısında “Bakı”nı sınağa çəkib. Dünən əlverişsiz hava şəraiti səbəbindən təxirə salınan görüş bu gün gerçəkləşib. Yeddi qolun vurulduğu qarşılaşmanı meydan sahibləri 5:2 hesabıyla üstün başa vurublar.

Qeyd edək ki, “Neftçi”nin istirahət etdiyi bu turda “Qarabağ” evdə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub etsə də, “Qəbələ” – “İnter” və “Xəzər Lənkəran” – AzAL matçları 1:1 bərabərliklə başa çatmışdı.

Topaz Premyer Liqası
18-ci tur
22 dekabr

“Simurq” – “Bakı” 5:2 (4:1)
Qollar: N.Novruzov, 13 (0:1). R.Eyyubov, 16 (1:1). D.Çeran, 33-pen (2:1). R.Eyyubov, 42 (3:1). İ.Vaytsman, 45 (4:1). S.Zərgərov, 47 (5:1). N.Novruzov, 70-pen (5:2).
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Mübariz Haşımov, Ramil Diniyev.
Zaqatala şəhər stadionu.

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 8. Patrik Osiako, 13. Əli Gökdəmir, 21. Murad Səttarlı, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov.
Baş məşqçi: Georgi Çixradze.
“Bakı”: 12. Elxan Əhmədov, 21. Elşad Manafov, 18. Əziz Quliyev, 19. Eltun Hüseynov, 37. Mikayıl Rəhimov, 30. Cəmşid Məhərrəmov, 56. Qeyrət Əliyev, 7. Nuran Qurbanov, 10. Nurlan Novruzov (k), 11. Tural Qürbətov, 45. Mahir Mədətov.
Ehtiyat oyunçular: 26. Davud Əsgərov, 20. Valeh Seyidov, 4. Ülvi Süleymanov, 55. Aydın Mustafazadə, 17. Elmin Əsgərli, 2. Nicat Əsgərov.
Baş məşqçi: İbrahim Uzunca.

Həmin kateqoriyadan