- Baxış sayı: 35
- 19 İyun 2026 20:30
- Baxış sayı: 43
- İyun 19, 2026
- 0
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Norveç yığması ilə qarşılaşacaq.
Allsport.az xəbər verir ki, “Bakcell arena”da, saat 20:00-da keçiriləcək oyun “CBC sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Vasilis Fotias
Baş hakimin köməkçiləri: Krisula Korompiliya, Andreas Meintanas
4-cü hakim: Agelos Evangelu