21480 manata himn? “Neftçi”nin yeni rəhbərliyi dövlətin pullarını havaya sovurur

Komandada hər şey düzəlmişdi, qalmışdı saqqal darağı. KİV-də yayılan xəbərə görə, “ağ-qaralar”ın yeni rəhbərliyi himn eşqinə düşüb və bu üzdən Miri Yusifiə sifariş veriblər. İş nə az nə çox, 21480 manata başa gələcək. Allsport.az saytı xəbər verir ki, adı çəkilən reperin prodüseri Emin Əfəndidir. O, klubun mətbuat katibidir.

Azərbaycan basketbol federasiyasının icraçı direktoru Fərrux Mahmudov “Neftçi”yə baş icraçı direktor təyin olunduqdan sonra, oraya sənət adamlarının kütləvi axını başlayıb. İndi “xalq komandası”nda ŞHK nümayəndəsi, müqənni, bəstəkar, prodüser, aktyor, rəssam görmək olar. Sözü gedən şəxs futbolla yanaşı, basketbolu da idarə edir.

Bayraqdar qış fasiləsində rumıniyalı Adrian Mutunu qola salaraq, onu qaradağlı Miodraq Bojoviç ilə əvəzləyib. Klub hazırda 29 xalla 4-cü yerdədir.

Həmin kateqoriyadan