“Düşünürəm ki, düzgün yoldayıq”

Premyer liqanın 23-cü turunda “Səbail” evdə “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, ev sahibinin məşqçisi Şahin Diniyev oyun haqda danışıb:

“Maraqlı, dinamik, gərgin oyun oldu. Son dəqiqəyə qədər həm siz, həm biz, həm futbol adamları maraqlı oyun izlədi. İki komanda da qələbə qazan bilərdi. Geridəki turlara baxanda komandada irəliləyiş olduğunu deyə bilərik. İkinci hissə daha yaxşı oynadıq. Fasiləyə qədər bir xal qazandıq, fasilədən sonra iki xal itirdik. Fərdi səhvlər məni məyus edir. Sevindirən isə futbolçuların meydanda bir komanda şəklində olması idi. Düşünürəm ki, düzgün yoldayıq, sabit heyəti tapa bilsək, yaxşı nəticələr qazanacağıq. İrəli baxmalıyıq, növbəti oyuna hazırlaşacağıq”.

Həmin kateqoriyadan