25-ci ölkə təmsilçisi

Topaz premyer liqasının 23-cü turunda “Neftçi” ilə oyunda (2:4) Robin Nqalande “Zirə”nin heyətində debüt edib. Allsport.az saytı xəbər verir ki, 27 yaşlı hücumçu siyahıda 69-cu olub.

Robin “Zirə”nin Premyer Liqa tarixində 34-cü legionçudur. Digər 35 oyunçu Azərbaycan təmsilçiləridir. Nqalande gəlmələr arasında ilk Malavi təmsilçisi olub. Bunadək “Zirə”nin formasını 24 ölkədən gələn legionerlər geyinmişdisə, Malavi siyahıda 25-ci olub.

Serbiya, Fransa, Nigeriya hərəsindən 3, Braziliya, Paraqvay və Rumıniyanın hərəsindən 2 futbolçunun oynadığı “Zirə”də Albaniya, Botsvana, Fil Dişi Sahili, Gürcüstan, Haiti, Niderland, İspaniya, Kamerun, Makedoniya, Malavi, Mali, Mərkəzi Afrika Respublikası, Moldova, Monteneqro, Portuqaliya, Qana, Salvador, Trinidad və Tobaqo, Ukraynadan bir legionçu çıxış edib. 

Həmin kateqoriyadan