- Baxış sayı: 33
- 16 Sentyabr 2026 23:14
- Baxış sayı: 78
- Sentyabr 16, 2026
- 0

“Real” heyətini gənc hücumçu Karlos Espi ilə gücləndirib.
Allsport.az xəbər verir ki, Madrid klubu 21 yaşlı futbolçunu “Levante”dən transfer edib.
Hücumçu ilə 2031-ci il iyunun 30-dək müqavilə imzalanıb.
“Real” futbolçunun 25 milyon avroluq sərbəstqalma məbləğini ödəyib.
Espi ötən mövsüm “Levante”nin heyətində bütün turnirlərdə 27 oyuna çıxaraq 13 qol vurub.