- Baxış sayı: 30
- 08 İyul 2026 20:55
- Baxış sayı: 256
- İyul 08, 2026
- 0

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Qarabağ” – “Vestri” (İslandiya) oyunundan əvvəl Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, təcrübəli mütəxəssis sabah baş tutacaq qarşılaşma barədə fikirlərini açıqlayıb:
“İlk növbədə avrokuboklarda iştirak edən bütün klublarımıza uğurlar arzulayıram və “Sabah”ı dünənki qalibiyyətə görə təbrik edirəm. Sabah ilk oyunumuza çıxacağıq. Heyətimizdə dəyişikliklər var. Komandanı oyun planında hələ tam düşündüyümüz kimi formalaşdırmamışıq. Buna baxmayaraq, tezliklə hər şeyin qaydasına düşəcəyinə inanıram. Güclü kollektiv quraraq qalibiyyətlərlə azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
İyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.