- Baxış sayı: 56
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Son iki mövsüm avrokuboklara vəsiqə qazana bilməyən “Neftçi” bu gün UEFA konfrans liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.
Allsport.az xəbər verir ki, Bakı təmsilçisi Belarusun “Dinamo Minsk” klubunu qəbul edib.
“Palms Sport Arena”da keçirilən qarşılaşma saat 20:00-da başlayıb.
Görüşün baş hakimi kiprli Konstantinos Fellas olub.
İlk hissə “ağ-qaralar”ın 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra hücumlarını artıran qonaqlar ardıcıl üç dəfə fərqlənərək hesabda geridönüş ediblər. Qarşılaşma “Dinamo”nun 4:2 hesablı qələbəsi ilə başa çatıb.