- Baxış sayı: 59
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, Kataloniya klubu Almaniyanın “Borussiya” (Dortmund) komandasının hücumçusu Karim Adeyeminin transferini rəsmən açıqlayıb.
24 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Adeyemi 2025/2026 mövsümündə Bundesliqada keçirdiyi 28 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib. O, UEFA çempionlar liqasında isə 9 matçda 3 qola və 2 məhsuldar ötürməyə imza atıb.