3 günə 13 min

Çempionlar liqasının 3-cü ələməsində “Qarabağ” və “Şerif” (Moldova) klubları arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir. Allsport.az saytı xəbər verir ki, dünənə qədər 13 min tamaşaçı bu görüşü canlı izləməyi planlaşdırıb.

Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər. Sözü güdən komandalar arasında matç sabah saat 21:00-da başlayacaq. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar – 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar – 2 AZN
11 və 18 nömrəli sektorlar – 3 AZN
12,13, 29, 38 və 14-17 nömrəli sektorlar – 5AZN
VİP – 50 AZN

Həmin kateqoriyadan