“Qəbələ” Avroliqada 2-ci mərhələni də aşdı

Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab matçları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qəbələ” də növbəti sınağına çıxıb.

Ölkə çempionatının son mövsümünün bürünc mükafatçısı Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Qəbələ klubu Tiflis “Dinamo”suna (Gürcüstan)  səfərdə 1:2 hesabıyla uduzsa da, evdə 2:0 hesabı ilə qalib gələrək, mərhələ adlamışdı.

“Qara-qırmızılar” ilk dəfə vəsiqə qazandığı Avroliqanın ikinci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” komandasına qarşı mübarizə aparırdı. Roman Qriqorçukun komandası səfərdə bu rəqibinə 0:1 hesabıyla uduzmuşdu. Amma ev oyununda ən azı iki top fərqi ilə qalib gəlməklə mərhələ keçmək mümkün idi. Bölgə təmsilçisi də məhz bu vəzifənin öhdəsindən gəlib və yenə ev oyunundakı 2:0 hesablı qələbə sayəsində adını Avroliqanın üçüncü təsnifat mərhələsinə yazdırıb.

Avropa Liqası
İkinci təsnifat mərhələsi
(cavab oyunları)
23 iyul

“Qəbələ” – “Çukariçki” – 2:0 (1:0)
Qollar: S.Zenyov, 39, 53

Həmin kateqoriyadan