34 cavabsız qol

Qadın futbolçular arasında Azərbaycan çempionatında qeyri-adi hesab qeydə alınıb.

Allsport.az xəbər verir ki, bu, AFFA-nın təşkilatçılığı ilə keçirilən yüksək qızlar liqasının “X” turunda baş verib.

“Sumqayıt” Ağcabədinin “Olimpiya” klubunu 34:0 hesabı ilə məğlub edib. Qollardan 15-nə Şəfəq Nəsirova imza atıb.

Lakin çempionatın lideri bu qələbə ilə mövsümün rekorduna yaxınlaşa da bilməyib. Bunun üçün “Sumqayıt”a 18 top çatmayıb.

Yüksək qızlar liqasında cari mövsümün ən böyük hesablı nəticəsi III tura təsadüf edib. “Baku Juniors” “Olimpiya” (Ağcabədi) ilə səfər görüşündə 52 cavabsız qol vurub.

Həmin kateqoriyadan