4 nəfərə ömürlük qadağa

AFFA-nın intizam komitəsinin iclası keçirilib.

Allsport.az xəbər verir ki, komitə danışılmış oyunlarda iştirak edənlərlə bağlı qərarlar çıxarıb.

I Liqada “İrəvan” klubunda çıxış edən 01.05.1999-cu il təvəllüdlü Atlam Ege Adnan oğlu və Muradbəyli Fəhmin Surxay oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

“Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi, 23.10.1995-ci il təvəllüdlü Həsənov Rüfət Elçin oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

26.06.1993-cü il təvəllüdlü Rüstəmov Yusif Vidadi oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

I Liqada “İrəvan” klubunda çıxış edən 08.01.2002-ci il təvəllüdlü Məhərrəmov Ramin Faiq oğlu və 14.09.1994-cü il təvəllüdlü Mirzəyev Kamal Nəsrullah oğlu danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilir. Sınaq müddəti 1 il təyin olinub.

II Liqada “Baku Sporting” klubunda çıxış edən 29.01.1996-ci il təvəllüdlü Rəhimov Vüqar Əlibaba oğlu danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib. Sınaq müddəti 1 il təyin olunub.

II Liqada “Lerik” klubunda çıxış edən 09.09.1992-ci il təvəllüdlü Ramazanlı Xətai Rəfail oğlu danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib. Sınaq müddəti 1 il təyin olunub.

II Liqada “Qusar” klubunun vitse-prezidenti 16.11.1991-ci il təvəllüdlü Xudadatov Elvin Elşad oğlu mərc oyunlarında iştirak etdiyinə görə 1200 manat cərimə edilir, 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Həmin kateqoriyadan