- Baxış sayı: 33
- 04 Avqust 2026 12:13
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Kabu Verde millisinin qapıçısı Vozinya karyerasını Çilinin “Kolo-Kolo” klubunda davam etdirəcək.
Allsport.az xəbər verir ki, 40 yaşlı qolkiperlə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Vozinya 2026-cı il dünya çempionatında Kabu Verde millisinin heyətində 4 oyuna çıxıb və bunların 2-də qapısını toxunulmaz saxlayıb.
Təcrübəli qapıçının son klubu Portuqaliyanın 2-ci liqasında çıxış edən “Şaviş” olub. O, ötən mövsüm bütün turnirlərdə 19 matç keçirib və 6 qarşılaşmada qol buraxmayıb.