419 gün sonra qayıdış

Premyer liqanın 26-cı turunun “Qarabağ”la oyununda (0:3) meydana “Zirə”nin kapitanı kimi Vüqar Mustafayev çıxıb. Allsport.az saytı xəbər verir ki, o, karyerasında 2-ci dəfə “qartallar”ı arxasınca meydana daşıyıb. Mövsümdə ilk dəfə bu vəzifəni icra edən yarımmüdafiəçinin bu roldakı debütü ötən çempionat gerçəkləşmişdi. O, 419 gün əvvəl ilk dəfə kapitan sarğısını taxıb.

2017/18 mövsümündə “Keşlə”ylə 2018-ci il martın 4-də baş tutan qarşılaşmada (1:2) Mustafayev ilk dəfə bu məsuliyyəti daşıyıb. Həmin görüş də “Zirə”nin ev matçı olub.

Ümumiyyətlə, 8 futbolçu “Zirə”də bu funksiyanı yerinə yetirib. Bunlar Anar Nəzirov (37), Kamal Bayramov (22), Rəşad Abdullayev (20), Elvin Məmmədov (18), Aleksandrr Şemonayev (15), Vüqar Mustafayev (2), həmçinin hərəyə 1 dəfə kapitan olan Adil Nağıyev və Adrian Skarlatakedir.

Həmin kateqoriyadan