436-ya çatdı

PSJ-nin müdafiəçisi Markinyos parislilərin heyətində ən çox oyun keçirən futbolçu kimi rekorda imza atıb.

Allsport.az xəbər verir ki, çempionlar liqasının 1/4 final mərhələsinin “Barselona” ilə ilk oyunu (2:3) braziliyalı futbolçu üçün Paris komandasının köynəyindəki 436-cı olub.

Markinyos PSJ-də meydana çıxmaların sayına görə Jan-Mark Pilorjeni ötüb (435 oyun, 1975-1989).

29 yaşlı oyunçu 2013-cü ildən PSJ-də çıxış edir və Fransa komandasının kapitanıdır.

Həmin kateqoriyadan