- Baxış sayı: 10
- 30 Aprel 2024 18:00
- Baxış sayı: 69
- Aprel 30, 2024
- 0
Avropa kuboklarında ən erkən qolu Bakıda vurulub. Allsport.az saytı xəbər verir ki, bu, Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da “Qarabağ” və “Slovan” (Çex Respublikası) klubları arasında keçirilən ilk turda qeydə alınıb. 9-cu saniyədə hesabı açan Yan Sikora qitəmiqyaslı turnirlərin tarixinə düşüb. O, təkcə Avroliqada deyil, avrokuboklarda ən sürətli qolun müəllifinə çevrilib.
Bunadək Avropa Liqasında ən tez qol 2015-ci il martın 12-də, İspaniyanın “Sevilya” və “Vilyarreal” komandalarının 1/8 final mərhələsinin ilk görüşündə vurulub. Həmin topu yarımmüdafiəçi Viktor Peres vurub.
Çempionlar Liqasında rekordun müəllifi Almaniya “Bavariya”sının sabiq hücumçusu Roy Makaya məxsusdur. Niderlandlı forvard 2007-ci il martın 7-də İspaniya “Real Madrid”i ilə 1/8 final matçının 10-cu saniyəsində fərqlənib.