“Qarabağ” Avroliqada nə ilə fərqlənir?

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunları ərəfəsində UEFA iştirakçı komandalarla bağlı statistik məlumatları açıqlayıb. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”la növbəti görüş (Bakıda baş tutan ilk qarşılaşma Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə bitib) Yunanıstan PAOK-u üçün Azərbaycan təmsilçilərinə qarşı keçirdiyi 4-cü duel olacaq.

Soloniki təmsilçisi əvvəlki oyunların heç birində təmsilçilərimizə qol vura bilməyib. “Qarabağ” üçün mənfi məqam isə komandamızın “Astra” ilə birgə bu mövsüm ən çox qol buraxan 2 klubdan biri olmasıdır. Rumıniya klubu geridə qalan 3 oyunda 8, “Qarabağ” 7 qola üzülüb.

Həmin kateqoriyadan