6-qat ölkə çempionu “Xəzər Lənkəran”a nə cavab verdi?

“Xəzər Lənkəran”ın noyabrın 11-də “Neftçi” klubun ünvanladığı məktub cavablandırılıb. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” ayın 24-də Premyer liqasının 13-cü turunda keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçının ev sahibinin Mərkəzi stadionunun ot örtüyünün əsaslı şəkildə yenilənməsi ilə bağlı başqa stadionda təşkil olunmasına etiraz etmir.

Bayraqdarın məşqçilər korpusunun, futbolçu heyətinin, azarkeşlərin marağını və ən əsası idman prinsiplərinin qorunmasını nəzərə alaraq, nominal meydan sahibinin “Xəzər Lənkəran” klubu olaraq qalmasını vacib sayır. Bundan başqa, “Neftçi” 13-cü turun oyununun keçirilməsi üçün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunu təmənnasız olaraq “ağ-yaşılar”ın sərəncamına verməyə hazırdır.

Həmin kateqoriyadan