60 il öncə: “Neftçi” – “Qalatasaray” – 3:1

“Neftçi”nin Feysbuk səhifəsində maraqlı paylaşım edilib. Allsport.az saytı xəbər verir ki, paylaşılan şəkil 1960-cı ildə çəkilib.

Düz 60 il öncə, iyulun 11-də “ağ-qaralar” yoldaşlıq oyununda “Qalatasaray”la üz-üzə gəlib. Görüş bizimkilərin 3:1 hesablı qələbəsi ilə bitib. “Neftçi”də Kamil Eynullayev het-trik edib. Qarşı tərəfdə yeganə qolu Əhməd Berman vurub.

Xatırladaq ki, sentyabrın 17-də “Neftçi” Avroliqanın 2-ci ələməsində Bakı olimpiya stadionunda “Qalatasaray”la qarşılaşacaq.

Həmin kateqoriyadan