62 futbolçu diskvalifikasiya olundu

Kamerun futbol federasiyası 62 futbolçunu həqiqi yaşlarını gizlətdiklərinə görə cəzalandırıb.

Allsport.az xəbər verir ki, cəzalı futbolçular siyahısına son Afrika millətlər kubokunda Kamerun millisinin heyətində çıxış edən, lakin oynamayan 17 yaşlı yarımmüdafiəçi Vilfrid Natan Duala da daxil edilib.

“Viktoriya Yunayted”də oynayan Doualanın əsl yaşı barədə yalan danışdığı bildirilir və bu, oyunçunun Kamerun çempionatının pley-off mərhələsindən kənarlaşdırılmasına səbəb olub.

Həmin kateqoriyadan