“90 dəqiqə ərzində çox diqqətli olduq”

“Qarabağ” çempionlar liqasının 1-ci ələməsinin ilk oyununda bu gün Cəbəllütariqdə yerli “Linkoln”a 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra baş məşqçimiz Qurban Qurbanov bunu deyib: “Futbolçularımı təbrik edirəm. Meydan amili və hava şəraitini götürsək, onlara oynamaq asan deyildi. Amma bir neçə epizodu çıxsaq, 90 dəqiqə ərzində çox diqqətli oldular.

Rəqib komanda çox təcrübəli oyunçulardan qurulub. Hər birinin son ötürməni vermək, son nöqtəni qoymaq bacarığı var. Rəqib təxminən biz düşündüyümüz kimi oynadı. Bizdə psixoloji yorğunluq həddindən artıq çox idi.

Buna baxmayaraq, özlərini sona qədər düzgün idarə edə bildilər. sonda Allaha şükürlər olsun, qələbə qolunu da vura bildilər. Futboloçularımın oyuna yanaşmasından razı qaldım”.

Həmin kateqoriyadan