“A” seriyasının üç klubu 25 ildə ilk dəfə avrokubokların finalında oynayacaq

Allspot.az xəbər verir ki, bu mövsüm “A” seriyasının 3 klubu avrokubokların finalında çıxış edəcək.

Simone İnzaqinin rəhbərlik etdiyi “İnter” çempionlar liqasının finalında “Mançester Siti” ilə qarşılaşacaq. Onlar iyunun 10-da İstanbulda görüşəcəklər.

Joze Mourinyonun “Roma”sı Avropa liqasının finalına vəsiqə qazanıb. Onun mayın 31-də rəqibi “Sevilya” olacaq, oyun Budapeştdə keçiriləcək.

Vinçenzo İtalianonun rəhbərlik etdiyi “Fiorentina” konfrans liqasında qələbə uğrunda mübarizə aparacaq. “Vest Hem” onlara qarşı oynayacaq. Final iyunun 7-də Praqada olacaq.

Bu , 1997/98 mövsümündən bəri ilk dəfə baş verib. O zaman “İnter” UEFA kubokunun finalında “Latsio” ilə, “Yuventus” isə çempionlar liqasının finalında “Real”la qarşılaşmışdı.

Həmin kateqoriyadan