- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Çempionlar liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 14-ü saat 21:00-da “Bakcell Arena” stadionunda keçiriləcək “Neftçi” – “Dinamo” (Tbilisi) oyunu öncəsi “ağ-qaralar”ın baş məşqçisi Samir Abbasov və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Allsport.az xəbər verir ki, tədbir iyulun 13-ü saat 20:30-dan etibarən “Bakcell Arena”da keçiriləcək.
Konfransdan sonra saat 21:00-da isə “Neftçi”nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
Eyni məkanda həmin gün saat 19:30-da rəqib komandanın mətbuat konfransı, 20:00-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.