Abdulbari Gözəl mühüm səfər öncəsi “Qarabağ”ı ziyarət edib

Sabah “Qarabağ” çempionlar liqasının 3-cü ələməsində BATE klubu ilə cavab oyunu üçün Belarusun Borisov şəhərinə yollanacaq. Allsport.az saytı xəbər verir ki, vacib görüş öncəsi Abdulbari Gözəl komandanı ziyarət edib. Son məşq öncəsi komandanın bazasına gələn klub prezidenti, öncə baş məşqçi Qurban Qurbanovla görüşüb. Komandanın son qarşılaşması, ümumiyyətlə cari mövsüm avrokubok perspektivləri haqqında danışılıb. Sonra iş adamı komanda üzvləri ilə görüşüb. Nitqində BATE-ylə sonuncu qarşılaşmaya toxunan prezident məğlubiyyətə baxmayaraq, komandaya inandığını, xüsusilə 2-ci hissədə göstərdikləri oyundan məmnun qaldığını bildirib.

Komandanın uzun illər Qurban Qurbanovla sabitlik yaxaladığını bildirən klub prezidenti “Qarabağ”ın artıq Avropada və dünyada tanınan bir klub olduğunu bildirib. Nəinki futbolda, həyatda düzgün strategiyanın vacibliyini vurğulayan Gözəl, “Qarabağ”ın uğurlarının sabitlik, dürüstlük və ədalət prinsipləri üzərində qurulduğunu bildirib. Baş məşqçiyə, komandaya inamını nümayiş etdirən prezident Belarusda “Qarabağ”ın müvəfəqiyyət qazanacağına inandığını vurğulayıb. Sonda Abdulbari Gözəl komandaya uğurlar arzulayıb.

Həmin kateqoriyadan