Abdulladan siftə

“Zirə”nin qapıçısı Abdulla Seyidəhmədov premyer liqada ilk quru oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, gənc qapıçı 24-cü turun “Sumqayıt”la matçında qapısını toxunulmaz saxlayıb.

Komandamızın 2:0 hesablı qələbəsinədək yalnız bir görüşə çıxan qolkiper həmin qarşılaşmada qol buraxmışdı. 2-ci cəhddən quru oyun keçirməyə nail olan Abdulla “Zirə”nin heyətində bunu bacaran 3-cü qapıçıdır.

İndiyədək yüksək dəstədə “qartallar”ın formasını geyinən qolkiperlərin hamısının hesabında belə oyun var. Anar Nəzirov 27, Kamal Bayramov 15 dəfə meydanı qol buraxmadan tərk edib.

Qeyd edək ki, Seyidəhmədovun debütü 2018-ci il martın 4-də “Keşlə” ilə matça (1:2) təsadüf edib.

Həmin kateqoriyadan