“Aberdin”in baş məşqçisi: “Azərbaycana səfər asan məsələ deyil”

“Azərbaycana səfər asan məsələ deyil. Yüksək temperatur və uzun yol amili var. Rəqibə gəlincə, “Qarabağ” böyük ənənəyə malik klubdur. Amma çempionlar liqasına düşə bilmədiyi üçün futbolçularını və ya kluba yatırılan maliyyəni itirdiyini bilmirəm. Həm biz, həm onlar növbəti mərhələyə addım atmaq istəyirik”.

Allsport.az saytı xəbər verir ki, bunu Şotlandiyanın “Aberdin” klubunun baş məşqçisi Stiven Qlas deyib. O, konfrans liqasının pley-ofunda “Qarabağ”a görüşləri dəyərləndirib:

“Biz tam hazırıq. Səfərdən sonra bərpa üçün çox vaxtımız olacaq. Amma rəqib də cavab görüşü üçün Şotlandiyaya gəlməlidir. Düşünürəm ki, futbolçularımız hansı şansı əldə etdiyimizi dərk edirlər. Onlar başa düşməlidir ki, cavab matçını evdə keçirmək kimi üstünlüyümüz var. Əgər ilk görüşdə sərfəli nəticə əldə etsək, çox yaxşı, amma keçilməsi mümkün rəqiblə dueldə qrupa düşməyə yaxşı şansımız olacaq”. 

Bu komandalar arasında oyunlar avqustun 19-da Bakıda və 26-da səfərdə keçiriləcək.

Həmin kateqoriyadan