“Aberdin”inin kapitanı: “Qarabağ” əla təşkilatlanmış klubdur

“Bizi daha yaxşı komanda məğlub etdi. “Qarabağ” əla təşkilatlanmış klubdur. Gözəl futbol oynadılar və bu, bizim günümüz deyildi. İstədiyimiz kimi yaxşı oynaya bilmədik. Rəqib isə hər iki matçda fantastik çıxış etdi. Ən yaxşı komanda qrup mərhələsinə yüksəldi”.

Allsport.az saytı xəbər verir ki, bunu “Aberdin”inin kapitanı Skot Braun konfrans liqasının pley-ofunda “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları  cavab oyunu barədə deyib. O, ilk qoldan sonra komanda üçün çətin olduğunu qeyd edib:

“Bacardığımız qədər yaxşı oynamağa və rəqib qapısı qarşısında qol epizodları yaratmağa çalışsaq da, bizdə heç nə alınmadı. Qonaqlar ilk qolu vurduqdan sonra həm azarkeşlərimizin dəstəyi, həm də oyunumuzdakı sürət azaldı. Məğlubiyyəti qəbul etmək ağırdır. Amma  bu da təcrübədir”.

Həmin kateqoriyadan