- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Beşikdaş”ın hücumçusu Temmi Abraham İngiltərə premyer liqasına qayıtmağa hazırlaşır.
Allsport.az xəbər verir ki, 28 yaşlı ingiltərəli futbolçu “Aston Villa”ya keçməyə razılıq verib.
Birmingem klubu Donyell Malenin “Roma”ya gedişindən sonra hücum xəttini Abrahamla gücləndirmək niyyətindədir.
Hazırda “Beşikdaş”da icarədə olan və 24 oyuna 12 qol vuran Abrahamın transferi üçün tərəflər arasında danışıqlar davam edir. O, 2018/19 mövsümündə “Aston Villa”da icarədə çıxış edərək 26 qol vurmuşdu.